Ağdamda arpa biçininə başlandı, məhsuldarlıq yüksəkdir


Digərləri 10 İyn 2019 09:35:00 210 0

Ağdamda arpa biçininə başlandı, məhsuldarlıq yüksəkdir

Ağdam rayonunda taxıl biçininə start verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayon ərazisində arpa bitkisinin biçini başlayıb: "Artıq 300 hektar sahə biçilib. Hazırda arpa üçün məhsuldarlıq orta hesabla 36,5 sentnerdir. Rayon üzrə 2215 hektar arpa əkilib".

Həmçinin qeyd edilir ki, bu il rayon ərazisində 12 min 228 hektar buğda əkilib: "Ötən il 11 min 874 hektar buğda, 2181 hektar arpa əkilib. 2018-ci ildə arpa bitkisində məhsuldarlıq 34,4 sentner olub".