Türkiyədə daşqın nəticəsində üç nəfər həlak olub


Dünya 10 İyn 2019 08:40:00 202 0

Türkiyədə daşqın nəticəsində üç nəfər həlak olub

Ankarada yağan güclü yağışın törətdiyi daşqın nəticəsində 3 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ankara valiliyi bildirib.

Qeyd edək ki, daşqın nəticəsində bir çox məhəllə və küçələri su basıb.

Şəhərdəki daşqın, ictimai nəqliyyatı iflic edib. Hadisə nəticəsində bəzi yollarda hərəkət dayandırılıb.