Bu ölkədə təxminən 200 nəfər sudan zəhərlənib


Dünya 10 İyn 2019 07:41:00 213 0

Bu ölkədə təxminən 200 nəfər sudan zəhərlənib

Birləşmiş Ərəb Əmirliklərinin Ajman yaşayış kompleksində təxminən 200-ə qədər sakin içməli sudan zəhərlənmə əlamətləri ilə müalicə müəssisələrinə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər Ajman polisi xəbər verir.

İki istirahət günü ərzində Horizon Towers yaşayış kompleksinin 190 nəfər sakini əmirliyin xəstəxanalarına müraciət edib.

Yeddi nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti sabitdir.