Qorbaçov: "Mən belə bir göstəriş verməmişəm"


Digərləri 10 İyn 2019 07:35:00 226 0

Qorbaçov: "Mən belə bir göstəriş verməmişəm"

Son illərin ən çox izlənilən seriallarından biri olan "Çernobıl"da adı çəkilən keçmiş SSRİ prezidenti Mixail Qorbaçov ekran əsərində yalan məlumatların olduğunu söyləyib.

Son.az oxu.az-a istinadən bildirir ki, Mixail Qorbaçov  ssenarinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini deyib.

Serialda göstərilir ki, akademik atom qəzasının səbəbi barədə öz versiyasını irəli sürəndən sonra onun karyerasına son qoyulub.

"Mən belə bir göstəriş verməmişəm. Məndən başqa kim verərdi? Bütün bunlar uydurmadır", - Qorbaçov belə deyib. O, əlavə edib ki, hələlik özü "Çernobıl" serialına baxmayıb.


Xəbərə aid fotolar