Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir


Dünya 09 İyn 2019 23:31:00 226 0

Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ölkə rəhbəri postu uğrunda keçirilən səsvermədə 69,94% səslə liderdir.

Son.az oxu.az-a istinadən bildirir ki, belə bir məlumat "Gənclik" elmi-tədqiqat mərkəzinin apardığı ekzitpol nəticəsində əldə olunub.

Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Espayeva qərarlaşıb.

"İctimai rəy" institutunun elan etdiyi ekzitpol nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.