"Bu mənim ailə həyatımın ilk günü idi...”


Digərləri 09 İyn 2019 23:40:00 398 0

"Bu mənim ailə həyatımın ilk günü idi...”

Ailə zorakılığı deyəndə nə başa düşülür? Bu zorakılığın hansı formaları var? Sizə mütəmadi edilən təhqir və şiddətə qarşı hansı yollarla mübarizə aparmaq olar? Qadınların öz haqqlarını bilməməsi, özünə inamsızlığı hansı nəticələrə gətirib çıxarır? Milli mentalitetimiz hansı faciələrə səbəb olur? (Həssas insanlar növbəti hissəni oxumadan keçsinlər. Real həyat hekayəsi əsasında yazılıb) "Biz illərlə bir-birimiz üçün mübarizə aparıb, sevərək ailə həyatı qurmuşduq. Toy gününün ilk səhəri idi. Yeni ailə həyatımın ilk günü. Biz qaynana və qaynata ilə birlikdə yaşayırdıq. Həyat yoldaşım işə getdi. Mən bağa çıxıb, hava alırdım. Gözüm əncir ağacına sataşdı, yaxınlaşıb meyvədən birini dərib yeməyə başladım. Qəflətən arxadan qaynanamın "onlara dəymə, yerə düşmüşləri ye!" qışqırığını eşitdim. Anilikdən və səsdən qorxaraq ona doğru çevrildim. Mülayim səslə ona yerə düşmüşlərin xarab olduğunu dedim. Dialoqumuz elə bu yerdə bitdi və o çıxıb getdi. Axşama qədər ev işləri ilə məşğul oldum, yeməklər bişirib, həyat yoldaşımın işdən qayıtmasını səbirsizliklə, həyəcanla, sevgi ilə gözləyirdim. Axşam həyat yoldaşım evə daxil olanda heç zaman gözləməyəcəyim bir hadisə baş verdi. Onun qapını açmasını eşidən zaman qaynanam ağlamağa başladı. Nəyin baş verdiyini başa düşə bilmədim. Yoldaşım mənə salam vermədən dərhal qaynanamın yanına getdi, nələrin baş verdiyini, anasından niyə ağladığını soruşdu. Anası cavabında "sənin gətirdiyin bu qız mənə cavab qaytarır, məni söydü!" dedi. Şokdan, təəccübümdən, mat-məəttəl qaldığımdan reaksiya verməyə, söz deməyə imkan tapmadım. Bir göz qırpımında yoldaşım sual belə vermədən mənə çatdı və ildırım sürəti ilə mənə sillə vurdu. Sillə üzümdən çox dodaqlarıma dəydi, qanım fontan kimi ətrafa vurdu, gözlərimə qaranlıq çökdü, həmin anda yerə yıxıldım. Bu mənim ailə həyatımın ilk günü idi..." Son.az yeniavaz.az-a istinadən bildirir ki, statistikaya diqqət yetirsək, ortaya çox faciəvi bir mənzərə çıxır. Təkcə 2016-cı ilin ilk yarısında qadınlara qarşı rəsmi qeyd edilən 2563 cinayət hadisəsi baş verib, 110 qadın və 28 uşaq intihar edib. Bu intiharları Siz xəbərlərdə "özünü asdı", "9-cu mərtəbədən yıxılaraq öldü" və s. başlıqlarla oxuyub, keçirsiniz. Lakin unutmayın ki, bu hadisələrin əksəriyyətinin arxasında əsas səbəb kimi ailə zorakılığı durur. Bəzi ekspertlərin təxmininə görə, Azərbaycanda hər il 28-30 minə yaxın ailə zorakılığı halları olur. Lakin bunların bir çoxunun nəticəsində ölüm olmadığı üçün, üstü örtülü qalırlar. Statistikanın heç nəzərə almadığı, hər il Azərbaycanda cəzasız qalan ailə zorakılığının növləri: işgəncələr, intihar həddinə çatdırılma, erkən nigah (azyaşlı uşaqla seksual əlaqəyə girmə), zorlama, qanuna zidd şəkildə azadlığı (seçim haqqı, hərəkət haqqı və s.) məhdudlaşdırma, evdə "dustaq" və "əsir" kimi saxlanma və digər halları göstərmək olar. Bu hallar ölkəmizin bütün rayon və şəhərlərində, az qala on minlərlə ailədə baş verir. Hər gün. Diqqət edin, bu sadaladığım zorakılıq halları cəzasız qalır. Mənim fikrimcə ilk növbədə baş verənlərin səbəbini anlamaq üçün ölkəmizdə bu problemə olan yanaşmadakı boşluğa diqqət yetirmək lazımdır. Belə ki, zorakılığa qarşı mübarizəni heçə endirən yanaşmalardan biri "zorakılıq nədir?" sualına Azərbaycanda istər qadın, istərsə də kişi tərəfindən tam formalaşmış, dəqiq cavabın olmamasıdır. Yəni cəmiyyətimiz hələ bu suala necə cavab verəcəyini bilmir. Misal kimi, döyülən qadının ərinə qarşı hüquqi tədbirlər görmək əvəzinə "həyatdır da, olur belə şeylər" deyib keçməsi hallarını göstərə bilərəm. Ərin qadını döyməsi az qala norma kimi qəbul olunur, cavabında isə çox əsassız olan "yaxşı at özünə qamçı vurdurmaz" misalını deyirlər. Başa düşmədim, qadın, insan niyə atla müqayisə olunur? Həm də axı vurmağa haqq qazandırmağın özü artıq cinayətkar düşüncəsi deyilmi? Bəli, elədir. Azərbaycanda vurmağa, döyməyə, söyməyə və hətta öldürməyə də əhalinin böyük bir qismi tərəfindən hələ də haqq qazandırılır. Bu isə öz növbəsində ailə zorakılığı və ondan törəyən cinayət hadisələrinə səbəb olur.  Ailə zorakılığı nədir? Ailə zorakılığı - bir ailə üzvünün digərinə və ya bir çoxuna sarsıdıcı, alçaldıcı, təhqir dolu, əzab-əziyyətli anlar yaşadan və yaxud da insan sağlamlığına zərər yetirən, ona təhlükə törədən psixi və ya fiziki təsirinə deyilir. Ailə zorakılığı hansı məqsədlə həyata keçirilir? Digərlərini idarə etmək, qorxutmaq, qorxu hissini aşılamaq və s. məqsədlərlə. Bir çox hallarda insanlar onlara qarşı edilən zorakılığı "zorakılıq" kimi yox, "normal hal" kimi qəbul edirlər, çünki formalaşdıqları mühit bunu onlarda məhz bu cür "tərbiyə" edib. Bəzən hətta zorakılığa məruz qalmış insanlar çəkdikləri əzablara "layiq" olduqlarını fikirləşirlər. Onların bir çoxu hətta dərk etmirlər ki, əgər vəziyyət "pisdirsə", "təhlükəlidirsə", kömək üçün mütəxəssislərə müraciət etmək lazımdır.  Ailədə baş verən zorakılıqların növləri: 1. Fiziki zorakılıq - bu bir başa insanın bədəninə yönəlmiş zorakılıqdır: xətər yetirmək, işgəncə vermək, zərbələr vurmaq. Fiziki zorakılıq nəticəsində zərər çəkmiş insanın sağlamlığına ziyan dəymiş ola bilər. Fiziki zorakılığa həmçinin aid edilir:  - Fiziki zorakılıq haqda hədə qorxular - Sosial aləmdən təcrid edilmə - Qidadan, sudan məhrum etmə.  - Şəxsi əşyalara ziyan vurma. 2. Emosional zorakılıq: İnsan psixikasına onun mübarizəsini, etirazını, öz maraq və haqlarını qorumaq iradəsini qırmaq üçün edilən təzyiq. Bura aiddir:  - Təhqir etmə (həmçinin insanlar içərisində) - "Gözünü qorxutma" (hərəkətlərlə, baxışlarla, davranışla) - Həqarət, insanın ünvanına acı istehza, kinayə, acı gülüş. - Sayqısız, laqeyd yanaşma, etinasızlıq. - Ürəksındıran, təhqiredici, acı, qanqaraldan söz və davranışlar. - Ləqəb qoşmaq. 3. Azadlığın məhdudlaşdırılması: - Nəzarət, idarə edici davranış, qəti əmr, buyruq, hökm, göstərişlər. - Həddindən