“Apple” iTunesdən imtina edə bilər


Digərləri 09 İyn 2019 23:25:00 240 0

“Apple” iTunesdən imtina edə bilər

"Apple" şirkəti tezliklə iTunes-dən imtina ilə bağlı informasiyanı elan etməlidir. Bu iyunun 3-ü, WWDC konfransının açılışı vaxtı baş tuta bilər. Şirkət konfrans çərçivəsində öz yeniliklərini elan edəcək.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda "Bloomberg" öz mənbələrinə istinadən yazıb.

Güman edilir ki, kompaniya Music, TV və Podcasts-ı elan edəcək, bu isə mediapleyer iTunes-i əvəzləyəcək. Beləliklə, musiqi, podkasta qulaq asmaq, videoya baxmaq üçün ayrı əlavələr çıxacaq - Music, Podcasts və TV.

Demək olar ki, 20 il idi ki, "Apple" məhsullarının sahibləri, onun vasitəsilə videoya baxır, musiqiyə və podkasta qulaq asırdılar. "Bloomberg" nəşri qeyd edir ki, indi onlar "Apple" qacetləri ilə Music app arasında gəzə bilirlər.