Barak Obamanın prodakşn şirkəti bu platforma ilə razılığa gəldi


Digərləri 09 İyn 2019 22:35:00 226 0

Barak Obamanın prodakşn şirkəti bu platforma ilə razılığa gəldi

Amerikanın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel "Spotify" platforması üçün podkast seriyası hazırlayacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda BBC yazıb.

Sabiq birinci ledi deyib ki, layihə tez-tez iqnor olunan və ümumiyətlə susmağa məcbur edilən səsləri gücləndirəcək.

Tərəflər arasında razılıq Amerikanın keçmiş prezidentinin prodakşn şirkəti "Higher Ground" ilə audio axın xidməti arasında əldə olunub. Keçmiş prezident ailəsi prodakşı şirkətininin əsasını 2018-ci ildə qurublar. Podkast geniş auditoriyanı maarifləndirici məzmun ilə əhatə edəcək.

"Spotify"ın nümayəndəsi isə BBC-yə deyib ki, "dünyanın iki ən vacib səsi" ilə işləmək bu ən böyük imtiyazdır.