Zövcənin libasa oxşadılmasındakı incə nöqtələr


Digərləri 09 İyn 2019 22:20:00 241 0

Zövcənin libasa oxşadılmasındakı incə nöqtələr

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində buyurur:

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ...

"Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal oldu. Onlar sizin, siz isə onların libasısınız..."

Son.az maide.az-a istinadən bildirir ki, zövcənin libasa oxşadılmasında bir çox incə nöqtələr var:

-Libas forma, rəng və parça baxımından insana münasib olmalıdır. Zövcə də insanın oxşarı olmalı, onun fikri, əqidəsi, şəxsiyyəti ilə uyğun gəlməlidir.

-Libas zinət və aramlıq səbəbidir. Zövcə və övlad da ailədə aramlığın əsasıdır.

-Libas insanın eybini örtür. Ər də, arvad da bir-birinin eyiblərini, nöqsanlarını örtməlidirlər.