İranda narkotik deposu aşkarlandı


Digərləri 09 İyn 2019 22:00:00 195 0

İranda narkotik deposu aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib. M.Mollaşahinin sözlərinə görə, Mircavə rayonu sərhədçilərinin keçirdiyi əməliyyat nəticəsində gizli bir depoda 1,68 ton tiryək aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.