İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu


Digərləri 09 İyn 2019 22:04:50 175 0

İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub. Trend-in məlumatına görə, çoxnövçülüyün (balans, temp və kombinasiya edilmiş hərəkətlər) nəticələrinə əsasən “körpələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Hüseyn Mustafazadə (45.850 xal, "Ocaq Sport") tutub, ikinci yerdə Məhəmməd Rüstəmzadə (45.100 xal, Bakı gimnastika məktəbi), üçüncü yerdə isə Mikayıl Səttərov (43.750 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb. Çoxnövçülüyün nəticələrinə əsasən “körpələr” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Lalə Zamanlı göstərib (39.366 xal), ikinci yeri Leyla Məmmədzadə (38.132 xal), üçüncü yeri isə Albina Əliyeva (38.132 xal) tutub. Gimnastlar "Ocaq Sport" klubunu təmsil edirlər. Çoxnövçülüyün nəticələrinə əsasən “uşaqlar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Ruslan Əliyev (42.200 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Emil Cəbrayılzadə (41.950 xal, Sumqayıt) tutub.