Sel və daşqın Ankarada problemlər yaradıb


Dünya 09 İyn 2019 21:51:00 213 0

Sel və daşqın Ankarada problemlər yaradıb

İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əlverişsiz hava paytaxtın Etimesgut rayonunda böyük problemlər yaradıb. Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib. Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.