Bakıda Qazaxıstan səfərliyində 100 faiz seçici iştirak edib


Siyasət 09 İyn 2019 21:48:00 266 0

Bakıda Qazaxıstan səfərliyində 100 faiz seçici iştirak edib

Qazaxıstanın Azərbaycandakı səfirliyində təşkil olunan 262 saylı seçki məntəqəsində Bakı vaxtı ilə saat 20:00-da seçicilərin 100 faizi səs verib.

Son.az Trend-ə istinadən bildirir ki, Qazaxıstan vətəndaşları seçki məntəqələri açılandan sonra gəlməyə başlayıblar.

Birinci səsvermədə iştirak edənlər arasında Bakıda olan qazaxıstanlı idmançılar olub.

Seçkilərə həmçinin, biznes və şəxsi işlə bağlı Bakıda olan Qazaxıstan vətəndaşları fəal şəkildə qatılıblar, onların arasında çox sayda turist və bu ölkədə işləyən iş adamları olub.

Bundan əlavə, seçki məntəqəsində beynəlxalq müşahidəçilər işləyib.