İsraildə xarici ölkəyə məxsus gəmi yandırılıb, şübhələnilən şəxs saxlanılıb


Dünya 09 İyn 2019 21:14:00 221 0

İsraildə xarici ölkəyə məxsus gəmi yandırılıb, şübhələnilən şəxs saxlanılıb

İsrailin Hayfa şəhərinin sahilində dayanan xarici ölkəyə məxsus gəmidə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hərbçilər tərəfindən xəbər verilib.

Məlumatda bildirilir: "İsrail hərbçiləri ötən gecə ölkənin şimalında sahildə dayanan və naməlum şəxslər tərəfindən yandırılan xarici ölkəyə məxsus yük gəmisində vəziyyəti nəzarət altına alıblar. Gəminin göyərtəsinə keçirilən baxışdan sonra gəmidə qeydiyyatdan keçməmiş sərnişin aşkar edilib və polisə təhvil verilib".

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.