Südə toxunmadan xarab olduğunu anlaya bilən sensor


Digərləri 09 İyn 2019 20:25:00 277 0

Südə toxunmadan xarab olduğunu anlaya bilən sensor

Bağlı şüşədəki südün xarab olub olmadığını anlaya bilən yeni bir sensor yaradıldı.

Süd şüşələrinin son istifadə etmə tarixlərinə nəzarət etmək, artıq tarix ola bilər. Araşdırmaçılar, südə toxunmadan xarab olub olmadığını müəyyən edə bilən yeni bir sensor yaratdıqlarını açıqladı.

Vaşinqton Dövlət Universiteti Bioloji Sistemlər Mühəndisliyi (BSE) üzrə professor Şayam Sablaniyə görə bu sensor, südün çıxardığı qazı müəyyən edib reaksiyaya girən nano parçacıqlardan meydana gəlir və südə birbaşa təmas etmir.

Şayam Sablani, verdiyi şərhdə bu ifadələri istifadə etdi: ''Əksər yemək xarab olduğunda çox da yaxşı qoxu verməyən uçucu bir mürəkkəb çıxarır. Bu vəziyyət çox vaxt yeməklərdəki bakteriya törəməsindən meydana gəlir, ancaq bağlı bir qabın içərisindəki pis qoxunu qəbul etmək üçün qabı açmanız lazımdır. Çıxardığımız sensor isə bağlı haldakı yeməklərdən çıxan uçucu maddəni müəyyən edib rəng dəyişdirir.''