“Amazon” rəsmi şəkildə “Sizmek Ad Server” və “Sizmek DCO”nu alır


Digərləri 09 İyn 2019 19:35:00 212 0

“Amazon” rəsmi şəkildə “Sizmek Ad Server” və “Sizmek DCO”nu alır

Mayın 31-də "Amazon" rəsmi şəkildə reklam platforması "Sizmek" və onun dinamik reklamı göstərmək üçün məhsulu olan Sizmek DCO-nu (Sizmek Dynamic Creative Optimization) aldığını elan edib.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin press-relizində deyilir ki, "Sizmek" "Amazon Advertising" çərçivəsində şəxsi markanın altında fəaliyyət göstərəcək.

Bildirək ki, "Amazon" böyük müştəri bazasına malikdir. Amma birgə partnyorluq ona bu siyahını genişləndirməyə, yaxşılaşdırmağa və təklif olunan xidmət dəstini genişləndirməyə kömək olacaq. Şirkət hələ çoxdan onlayn reklam bazarına liderliyə can atır.

Amma hələ ki, qlobal dijital bazarın liderləri olan "Google" və "Facebook"dan geridə qalır. Saziş "Amazon"a "Google" və "Facebook" ilə müştəriləri şəxsi platformasına köçürməyə kömək olacaq. Sizmek -in (1st party data) "Amazon"un auditoriyası barəsində məlumatları, alıcı vərdişlərini və şirkətin saytında məhsulları alıcılar bazar üçün unikal hala gətirəcək.