Karbon qazı sıxlığı ən yüksək səviyyəyə çatdı


Digərləri 09 İyn 2019 19:25:00 220 0

Karbon qazı sıxlığı ən yüksək səviyyəyə çatdı

Qlobal istiləşmə və iqlim dəyişikliyiylə əlaqəli olan karbon 4 oksid sıxlığı ən yüksək səviyyəyə çatdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Scripps Institution of Oceanography və National Oceanic and Atmospheric Administration tərəfindən verilən elana görə, may ayı ərzində atmosferdəki ortalama karbon 4 oksid sıxlığı 414,8 ppm (milyon başına) olaraq ölçüldü. Bu nisbət, aylıq olaraq çatılan ən yüksək səviyyə olması ilə yanaşı, 2019-cu ilin də zirvəsindədir.

414,8 ppm kritik səviyyədə artan tək nisbət deyil. İki ay arasındakı 3,5 ppm dəyərindəki artım, Scripps institutunun ifadə etdiyinə görə, son 10 ildəki ən yüksək karbon 4 oksid sıçrayışıydı.

1959-cu ildən bu yana ölçüm edən Scripps institutunun məlumatlarına görə karbon 4 oksid səviyyəsi, ilk illərdə 0,7 ppm artırdı. Bu nisbət 1990-cı illərdə illik 1,5 ppmə və son 10 ildə ortalama 2,2 ppmə çıxdı. Keçən il isə bu nisbət 3,5 ppmə yüksəldi.

Miçigan Texnologiya Universitetinin ətraf mühit üzrə kimyaçı Sarah Qrin, atmosferdəki karbon 4 oksid səviyyəsinin azalmaya ya da yavaşlamağa başlaması yerinə gedərək artdığını söyləyir. Ekologiya sahəsi üzrə alimlər, səviyyənin daha əvvəl də dəyişdiyinin və karbon 4 oksid səviyyəsinin yüz minlərlə ildir dalğalanma yaşadığının fərqindədir, ancaq son nisbətlər 800 min ildir bənzəri görülməmiş bir səviyyədədir.