Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb


Digərləri 09 İyn 2019 19:28:35 204 0

Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb

Bakı. Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:00-da (19:00, GMT+4) səsvermə prosesi Qərbi-Qazaxıstan, Atrau, Aqtöbe və Mangistau vilayətlərində, saat 20:00-da isə (18:00, GMT+4) ölkənin əsas ərazilərində başa çatıb. Yerli vaxtla saat 20:00 (18:00, GMT+4) üçün səsvermədə 77 faiz seçici iştirak edib. Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.