Allaha ən yaxın və ən uzaq olanlar


Digərləri 09 İyn 2019 19:15:00 206 0

Allaha ən yaxın və ən uzaq olanlar

Allaha yaxınlaşmaq - hər möminin ən böyük arzusudur. Bu hədəf - onun həyatının ən mühüm hədəfidir. Quran bizlərə Allaha yaxınlaşmağın yollarını tanıtmışdır. Buyurmuşdur ki, bəndə əvvəl gərək Allaha olan elmini və mərifətini artırsın və sonra onun üçün təyin etdiyi yolda addımlamağa başlasın. Hər kim Allaha gedən yolu doğru tanıyır - şübhəsiz ki, yolun sonunda İlahi qürb məqamına çatar.

Bu yolda təsirli olan amilləri tanıyaq.

1. Allaha olan iman. Son.az deyerler.org-a istinadən bildirir ki, əgər İlahi qürb məqamını əldə etmək istəyiriksə, gərək imanın ən yüksək məqamını tanıyaq. İmam Əli (ə) buyurur: "Sübhan Allaha ən yaxın insan - onların içində ən yaxşı imana malik olanlarıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "İmanın ən yüksək (mərtəbəsi) odur ki, biləsən ki, harada olursansa-ol Allah səninlədir".

2. İbadət. İmandan sonra, İlahi qürb məqamına çatmaq üçün ibadətin rolu böyükdür. Xüsusilə namaz ki, ən kamil ibadət hesab olunur. İmam Kazım (ə) buyurur: "Bəndənin Allahı tanıyandan sonra İlahi qürb məqamına çatmağının ən yaxşı vasitəsi - namazdır".

3. Əhli-Beyti (ə) tanımaq. Allahı və onun yolunu tanımaq üçün bəndə ilk əvvəl Əhli-Beyti (ə) tanımalıdır. Çünki Əhli-Beyti (ə) tanımadan, Allahı və Onun yolunu tanımaq mümkün deyildir. Quran buyurur: "Ey iman gətirənlər, Allahdan qorxun, Ona(yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız". ("Maidə" 35).

4. Günahı tərk etmək.

5. Gecəni oyaq qalmaq və Allaha ibadət etmək.