Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub


Digərləri 09 İyn 2019 18:40:00 203 0

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib

Bakı. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!