ABŞ İrana hücum etsə...
Dünya 09 İyn 2019 18:38:00 239 0
ABŞ-la İran arasında az qala hərbi toqquşmaya gətirib çıxaracaq gərginlik hazırda bir qədər səngisə də müharibə riski qalır.
Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, nüfuzlu "Defence News" nəşri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə hadislərin necə cərəyan edə biləcəyinə dair hərbi strateqlərin rəyləri əsasında məqalə dərc edib.
Məqalədə deyilir ki, ABŞ-ın İrana qalib gəlməsi praktiki olaraq mümkün deyil, çünki İranın böyük ordusu, müxtəlif tipli raketləri, sualtıları və Hava Hücumundan Müdafiə kompleksləri var. Belə ki, İranın sərəncamında olan qüvvə və vasitələr hərbi əməliyyatların ilk mərhələsində ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin Fars körfəzinə yolunu bağlaya bilər. Bundan əlavə İranın zenit raket sistemləri və HHM vasitələri hava zərbələri zamanı ABŞ Hərbi Hava Qüvvələri üçün təhdid yaradacaq. İranın çoxsaylı ballistk və qanadlı raket arsenalı isə ABŞ-ın regiondakı hərbi obyektlərini təhdid edəcək.
Belə ki, İran son vaxtlar raketlərin geniş spektrinə malikdir. Bu ölkənin sərəncamında 300 km mənzilli "Şahab-1" raketlərindən tutmuş 2500 km. mənzilli "Sumar" raketlərinə qədər geniş çeşiddə raketlər var. Bu raketlər ABŞ-ın Yaxın Şərqdəki bazalarını hədəf almağa imkan verir. Ona görə də İranla hərbi münaqişə ABŞ-a çox baha başa gələ bilər.
Hərbi analitikləri hesab edirlər ki, İran ABŞ Hərbi Dəniz Qüvvələri ilə birbaşa döyüşə girmək əvəzinə kiçik sualtı qayıqlardan, üzən minalardan və pilotsuz uçan aparatlardan istifadə edib Hörmüz boğazı kimi həssas bölgələrdə qəfil zərbələr endirəcək. İranın 40 metr uzunluğundakı "Fateh" sualtı qayıqları 2 min km. mənzilli "yer-yer" raketləri ilə təchiz olunub, bundan əlavə Fars körfəzində Amerika donanması üçün İranın kiçik "Qadir" sualtı qayıqları ciddi təhdid yarada biər. Bu sualtı qayıqlar akumlyatorlar hesabına üzdüyü üçün onları sonar aparatları ilə aşkar etmək mümkün olmur.