Bakının mərkəzində DƏHŞƏTLİ QƏZA


Digərləri 09 İyn 2019 17:21:00 224 0

Bakının mərkəzində DƏHŞƏTLİ QƏZA

Bu gün saat 16:10 radələrində Bakının mərkəzi hissəsində ağır avtomobil qəzası baş verib. 

Son.az News24.az-a istinadən bildirir ki, Nəsimi rayonu Bülbül prospektində "Hyundai" və "Great Vall" markalı minik maşınları toqquşub.

Qəza zamanı sürücünün nəzarətindən çıxan "Hyundai" markalı avtomobil yolun kənarındakı irigövdəli ağaca çırpılaraq dayanıb. Xoşbəxtlikdən yolun kənarındakı şəxslərdən ölən və xəsarət alan olmayıb. Avtomobillərdə olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə qurtulub.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Son.az