Türkiyənin şantaj edilməsi işə yaramayacaq


Dünya 09 İyn 2019 16:28:00 191 0

Türkiyənin şantaj edilməsi işə yaramayacaq

ABŞ-ın F-35 hərbi təyyarələrindən istifadə edərək Türkiyəni şantaj cəhdləri bir işə yaramayacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin müavini Ellen Lordun "Türkiyə S-400 tədarükünü həyata keçirsə, F-35 almayacaq" sözlərinə münasibət bildirən rus senator Frants Klintseviç bildirib.

O deyib ki, ABŞ hər zamanki kimi şantajla məşğuldur:

"Amerikalıların bütün səylərinə baxmayaraq, "Şimal Axını-2" layihəsində olduğu kimi, bu cəhdləri də bir işə yaramayacaq. Belə bir hal baş verməyəcək, çünki bir çox ölkələr indi siyasi spekulyasiyaya boyun əyməyərək, milli maraqlarını ön planda saxlayır".