Taliban hücuma keçdi:


Dünya 09 İyn 2019 16:14:00 237 0

Taliban hücuma keçdi:

Əfqanıstanın qərbindəki Qor bölgəsində Talibanın nəzarət postuna hücumu nəticəsində 15 nəfər həlak olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qor valiliyinin sözçüsü Abdulhay Hatibi danışıb.

Onun sözlərinə görə, hücum zamanı postun 14 nəzarətçisi və 1 nəfər mülki şəxs ölüb, həmçinin 7 nəzarətçi yaralanıb. Baş verən qarşıdurma zamanı Talibanın da itki verdiyi qeyd edilir.