Türkiyədən “Hayfa” limanına gedən gəmi dəniz quldurlarının hücumuna məruz qaldı
Dünya 09 İyn 2019 16:07:00 239 0
İsrail sahillərində "MSC Canberra" adlı gəmidə yanğın baş verib. Gəmi Türkiyənin Mersin şəhərindən hərəkət edərək "Hayfa" limanına istiqamət götürüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İsrail mediasına istinadən verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, gəmi dəniz quldurlarının hücumuna məruz qalıb.
203 metr uzunluğunda, 31 metr enində olan "MSC Canberra" quru-yük gəmisi Panama bayrağı altında üzür.
Mənbə: milli.az