Komarovskidən uşaq tərbiyəsinin əsas şərtləri


Digərləri 09 İyn 2019 14:56:00 201 0

Komarovskidən uşaq tərbiyəsinin əsas şərtləri

Özünüzü yaxşı valideyn adlandırmaq üçün hansı özəlliklər sahibsiniz? İlk baxışdan bu anlayış çox mübahisəlidir. Çünki cavablar da müxtəlifdir. Əslində isə bu titula layiq görülmək üçün sadəcə bir sıra şərtlərə əməl etmək lazımdır.

Son.az Publika.az-a istinadən məşhur pediatr Yevgeni Komarovskinin yaxşı valideyn olmağın şərtləri haqda fikirlərini təqdim edir.

Xüsusən də gənc valideynlər övlad tərbiyə etməkdə çətinlik çəkirlər. Bunun savadla heç bir əlaqəsi yoxdur. Sadəcə daha müdrik olmaq lazımdır. Unutmayın ki, yaxşı valideyn səhvləri üzərində öyrənməkdən çəkinmir.

Məsələn pedoqoji qanunları pozmaq doğru deyil. Uşağa konfet yemək olmaz. O isə ağlayıb qışqırmağa başlayır. Bununla istədiyinə nail olmaq istəyir. Unutmayın ki, obyektiv həqiqət yoxdur. Hətta övlad tərbiyəsində bu anlayışa rast gəlnmir. Çünki zaman keçdikcə trendlər də dəyişir. Hər bir valideyn arxasında şübhə, səhv qoyub yola davam etmək haqqına malikdir. Bu təbii insan halıdır.

Tutaq ki, uşaq ət yeməkdən imtina edir. Onu həkimə aparmağa gərək varmı? Bu zaman tələsmədən qida rasionuna nəzər salın. Əgər o balıq, yumurta, süd kimi qidaları qəbul edirsə, gemoqlabini normadadır, narahatlığa və məcburiyyətə gərək yoxdur. Çünki o heyvani zülallardan məhrum deyil.

Ata uşağın tərbiyəsində rol oynayırmı?