ABŞdan Çinə soya ixracı 70 faiz azalıb


Dünya 09 İyn 2019 14:49:00 217 0

ABŞdan Çinə soya ixracı 70 faiz azalıb

İki ölkə arasında davam edən ticarət mübahisələri ABŞ-dan Çinə soya ixracının azalmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin ilk 4 ayında Çinin ABŞ-dan idxal etdiyi soyanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb. Bu azalmada mövsüm amilləri müəyyən rol oynasa da, əsas amil iki ölkə arasında getdikcə dərinləşən ticarət mübahisələridir.

Məlumatda bildirilir ki, hesabat dövründə Çinin Braziliyadan soya idxalı 46,8 faiz, Argentinadan isə 23 faiz çoxalıb.

Bundan başqa, ticarət qarşıdurması Birləşmiş Ştatlardan Çinə donuz əti ixracına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Belə ki, yanvar-aprel aylarında ABŞ-dan Çinə donuz əti ixracı 53,6 faiz azalıb. Əvəzində Çinin İspaniya, Kanada, Böyük Britaniya və Niderlanddan idxalının həcmi təxminən 10 faiz artıb.