Moldova prezidentinin səlahiyyətləri əlindən alındı, parlament istefaya göndərildi


Dünya 09 İyn 2019 14:14:00 263 0

Moldova prezidentinin səlahiyyətləri əlindən alındı, parlament istefaya göndərildi

Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar parlamenti istefaya göndərmək və növbədənkənar seçkilər təyin etmək məqsədi ilə qəbul edilib.

Bildirilir ki, ölkə prezidentinin parlamenti istefaya göndərmək isteməməsi konstitusiya öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilib.

Moldova prezidentinin vəzifəsini icra edən Pavel Filip parlmentin istefaya göndərilməsi və sentyabrın 6-sına növbədənkənar seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.

P.Filip jurnalistlərə açıqlamasında deyib: "Biz digər partiyaları vəzifələrində tutunmağa deyil, xalqın məhkəməsinə çıxmağa çağırırıq. Eyni çağırışı biz ölkə prezidentinə də ünvanlayırıq".

P.Filipin sözlərinə görə, Demokratik partiya növbədənkənar seçkilərin keçirilməsinə qarşı olub, lakin yaranmış vəziyytdə başqa seçim yoxdur.