Şirvanda 2 otaqlı ev yanıb


Digərləri 09 İyn 2019 13:24:39 257 0

Şirvanda 2 otaqlı ev yanıb

Şirvanda yanğın qeydə alınıb

Bakı. Şirvanda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.