Türkiyədə suriyalılara qəribə qadağa qoyuldu


Dünya 09 İyn 2019 12:55:00 236 0

Türkiyədə suriyalılara qəribə qadağa qoyuldu

Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində suriyalı qaçqınlara sahilə getmək və dənizdə çimmək qadağan edilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mudanya bələdiyyəsi qərar qəbul edib. Bələdiyyədən verilən açıqlamada Mudanya xalqının narahat olduğuna görə belə bir qərar verildiyi bildirilib.

CHP-çi bələdiyyə sədri Hayri Türkyılmazın Tvitterdə paylaşdığı xəbərdə "Mudanya bələdiyyə sədri suriyalıların işğal etdiyi sahilləri qurtardı" sözləri sosial istifadəçiləri tərəfindən irqçilik kimi qiymətləndirilib.