Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci günü keçirilir


Digərləri 09 İyn 2019 12:52:00 176 0

Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci günü keçirilir

İyunun 9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib

Bakı. Cani Babayeva - İyunun 9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib. Trend-in məlumatına görə, bu gün idman gimnastikası üzrə yarışlarda gimnastlar "uşaqlar" və "balacalar" yaş kateqoriyasında mübarizə aparacaqlar. Akrobatlar isə kişi və qadın qrupları, qarışıq cütlüklər, qadın və kişi cütlükləri tərkibində "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyasında mübarizə aparacaqlar. Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.