Azərbaycanda e-imza sahiblərinin sayı artır


Digərləri 09 İyn 2019 12:22:00 228 0

Azərbaycanda e-imza sahiblərinin sayı artır

2019-cu ilin yanvar-mart aylarında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindəmn 9 832 elektron imza ertifikatı verilib

Bakı. 2019-cu ilin yanvar-mart aylarında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 9 832 elektron imza sertifikatı verilib. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Məlumat Hesablama Mərkəzinin hesabatında deyilir. Həmin sertifikatlardan 6 776-ı dövlət strukturlarına, 1 920-i hüquqi şəxslərə, 246-ı fiziki şəxslərə verilib. Elektron imza sertifikatlarının verilməsi başlayandan 2019-cu ilin aprelin 1-dək ümumilikdə 176 724 sertifikat verilib. Onlardan 98 044-ü dövlət strukturlarına, 43 480-i hüquqi şəxslərə, 35 200-ü fiziki şəxslərə təqdim edilib.