“Sarı jiletlər” aksiyasında 10 mindən çox insan iştirak etdi


Dünya 09 İyn 2019 12:03:00 196 0

“Sarı jiletlər” aksiyasında 10 mindən çox insan iştirak etdi

Fransada "sarı jiletlər" etiraz aksiyasının 30-cu aktı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, "sarı jiletlər"in 30-cu aktında 10 min 300 nümayişçi iştirak edib. "Sarı jiletlər" isə 19 min 654 aksiyaçının səfərbər olduğunu bildiriblər.

Nümayişçilər Monpelye şəhərini 30-cu aksiyanın milli paytaxtı adlandırıblar. Daxili İşlər Nazirliyi Monpelyedə 2 min nümayişçinin olduğunu qeyd etsə də, "sarı jiletlər" 5 min nümayişçi olduğunu bildiriblər. "Komediya" meydanına toplaşan nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Ona qədər nümayişçinin yaralandığı qeyd olunub.

Parisin mərkəzində nümayiş qadağan edildiyindən, "sarı jiletlər" bu şəhərin yaxınlığındakı Sən-Deniyə toplaşıblar.


Xəbərə aid fotolar