Həftənin ilk iş günü hava necə olacaq?


Digərləri 09 İyn 2019 12:10:00 223 0

Həftənin ilk iş günü hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.