Bakıda kafe yanıb


Digərləri 09 İyn 2019 11:18:00 188 0

Bakıda kafe yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.