Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 09 İyn 2019 11:07:26 238 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalyeva - Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 50-60, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 60-100 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 335 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 497 kub/s olmaqla, ongünlük normadan az olub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 122 kub/s təşkil etməklə ongünlük normadan az olub. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 149 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 195 kub/s təşkil etməklə ongünlük normaya yaxın olub.