Bakıda 3 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb


Digərləri 09 İyn 2019 10:14:00 187 0

Bakıda 3 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

Bakının Xətai rayonunda 3 avtomobil toqquşub.

Son.az APA-ya istinadən xəbər verir ki, "Nargilə" kafesindən "Ukrayna" dairəsinə gedən istiqamətdə baş verən hadisə nəticəsində bir nəfər xəsarət alıb. 

"Mersedes" markalı avtomobil qəflətən yolun əks istiqamətinə, geriyə dönərkən qarşıdan gələn "Daewoo Nexia" markalı avtomobillə toqquşub. Bu zaman arxadan gələn digər "Mersedes" markalı avtomobil "Daewoo Nexia"ya çırpılıb.

Nəticədə geriyə dönüş etmək istəyən avtomobilin sürücüsü bədən xəsarəti alıb. 

Son.az