KasımJomart Tokayev prezident seçkilərində səs verib


Dünya 09 İyn 2019 10:09:00 212 0

KasımJomart Tokayev prezident seçkilərində səs verib

"Nur Otan" partiyasından perzidentliyə namizəd Kasım-Jomart Tokayev ölkədə keçirilən prezident seçkilərində səs verib.

Son.az Trend-ə istinadən bildirir ki, Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində "Astana Opera" teatrında təşkil edilmiş 115 nömrəli seçki məntəqəsində səs verib.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.