Suriyada atışma:


Dünya 09 İyn 2019 09:54:00 269 0

Suriyada atışma:

Suriyanın Hama və Latakiya vilayətlərində qeydə alınmış qanunsuz silahlı qruplar tərəfindən atəşkəsin pozulması nəticəsində bir azyaşlı daxil olmaqla iki nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ilə bağlı düşmən tərəflərin barışdırılması üzrə brifinqdə deyilib.

Qeyd edilib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər (iki dəfə), Kara-Caqez, Akç-Baer, Roys-Üsleyman, Ayn-Ən-Naur, Raşa, Muqattal və Royset-Ruşu yaşayış məntəqələrini atəşə tutublar. Bunun nəticəsində bir azyaşlı daxil olmaqla iki dinc sakin həlak olub".