Qazaxıstanda prezident seçkisində səsvermə başlayıb


Dünya 09 İyn 2019 09:49:00 212 0

Qazaxıstanda prezident seçkisində səsvermə başlayıb

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-dan 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb.

1 yanvar 2019-cu ilin vəziyyətinə görə,ölkənin Mərkəzi Seçkilər Komissiyası tərəfindən seçicilər reyestrinə səsvermə hüququna malik 11 814 019 vətəndaş daxil edilib.