ABŞda qatar yoldan çıxıb:


Dünya 09 İyn 2019 09:22:00 228 0

ABŞda qatar yoldan çıxıb:

ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki metropolitendə qatar yoldan çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ən az doqquz nəfər xəsarət alıb.

Məlumata əsasən, insident yerli vaxtla 11:00 radələrində baş verib, həmin vaxtda qatarda 150 nəfər olub.

Yerli hakimiyyət hadisənin səbəbini öyrənmək üçün araşdırma aparır.