Nigeriyada yol qəzasında 18 nəfər həlak olub


Dünya 09 İyn 2019 09:29:00 226 0

Nigeriyada yol qəzasında 18 nəfər həlak olub

Nigeriyanın Ondo ştatında baş verən yol qəzası nəticəsində ən az 18 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin paytaxtı Abuce istiqamətində hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Nəticədə avtobus aşıb və alovlanıb.

Hadisə nəticəsində bütün sərnişinlər həlak olub. Polis faktla bağlı araşdırma aparır.