Suriyada atışma olub: iki dinc sakin, o cümlədən azyaşlı həlak olub


Digərləri 09 İyn 2019 08:20:00 214 0

Suriyada atışma olub: iki dinc sakin, o cümlədən azyaşlı həlak olub

Suriyanın Hama və Latakya vilayətlərində qeydə alınmış qanunsuz silahlı qruplar tərəfindən atəşkəsin pozulması nəticəsində bir azyaşlı daxil olmaqla iki nəfər həlak olub

Bakı. Suriyanın Hama və Latakiya vilayətlərində qeydə alınmış qanunsuz silahlı qruplar tərəfindən atəşkəsin pozulması nəticəsində bir azyaşlı daxil olmaqla iki nəfər həlak olub. Trend-in məlumatına görə, hadisə ilə bağlı düşmən tərəflərin barışdırılması üzrə brifinqdə deyilib. Qeyd edilib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər (iki dəfə), Kara-Caqez, Akç-Baer, Roys-Üsleyman, Ayn-Ən-Naur, Raşa, Muqattal və Royset-Ruşu yaşayış məntəqələrini atəşə tutublar. Bunun nəticəsində bir azyaşlı daxil olmaqla iki dinc sakin həlak olub".