UEFA: Bakı "AVRO-2020"ni qəbul etməyə hazırdır


Digərləri 09 İyn 2019 07:45:00 191 0

UEFA: Bakı "AVRO-2020"ni qəbul etməyə hazırdır

Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər

Bakı. Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı "AVRO-202"nin 12 qəbul edən şəhəri olmağa hazırdır. Trend-in məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən xəbərdə bildirilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın "AVRO-2020"nin dörd final oyunlarının keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyinindən danışıb. "Biz gələcəkdə Bakının idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə çatırıq. Bakı idman mərkəzinə çevriləcək. AVRO oyunlarının keçirilməsi futbolun inkişaf etdirilməsi, daha çox insanın futbola cəlb edilməsinə gətirib çıxaracaq. Futbol heç vaxt inkişafdan qalmayacaq bir idman növüdür. Bundan əlavə, son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Düzdür, digər idman növləri də var ki, onlara da maraq artır. Buna baxmayaraq futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün futbola ölkədə və bütövlükdə regionlarda marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim qazancımız o olacaq ki, daha çox uşaq öz kompyuterlərini bir kənara qoyub futbol oynamaq üçün küçəyə çıxacaqlar. Bu da sağlam həyat tərzinin inkişafına və daha sağlam millətin böyüməsinə səbəb olacaq"- deyə E.Məmmədov bildirib. AFFA-nın baş katibi bildirib ki, Bakı harmoniya şəhəridir. Belə ki, burada tarixi hissə də mövcuddur. Şəhər çox maraqlı və cəlbedicidir. Gözəl yerləri ilə göz oxşayır. Tarixi hissəsi ilə yanaşı, şəhərin müasir hissəsi də bura gələn insanların diqqətini özünə cəlb edir. Müxtəlif bədii sərgilər, müasir görməli yerlər mövcuddur.