Qazaxıstanda prezident seçkilərinə səsvermə başlayıb


Digərləri 09 İyn 2019 07:10:00 218 0

Qazaxıstanda prezident seçkilərinə səsvermə başlayıb

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb

Bakı. İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb. Trend-in məlumatına görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dan 20:00-dək davam edəcək. Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb.