Suriya hava qüvvələri silahlıların bazasına zərbə endirib


Digərləri 09 İyn 2019 06:10:00 187 0

Suriya hava qüvvələri silahlıların bazasına zərbə endirib

Suriya qoşunlarının aviyasiyası İdlib vilayətinin cənubunda yerləşən Ən-Nakir və Abdin şəhərlərindəki quldur dəstələrinin arxa bazalarına hücum edib

Bakı. Suriya qoşunlarının aviyasiyası İdlib vilayətinin cənubunda yerləşən Ən-Nakir və Abdin şəhərlərindəki quldur dəstələrinin arxa bazalarına hücum edib. Trend-in məlumatına görə, bu barədə "Al Watan" qəzeti bildirib. Məlumata əsasən, Xan Şeyxun, Maaret Naaman, Kafr Zita və Morikadaki düşmənin ön mövqelərinə ölkənin HHQ və raket artilleriyası tərəfindən zərbə endirilib.