Gürcüstana turist axını pik həddə çatır FOTO


Dünya 08 İyn 2019 23:51:00 263 0

Gürcüstana turist axını pik həddə çatır  FOTO

2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Sputnik Georgia" ölkənin Milli statistika komitəsinə istinadən məlumat yayıb.

Qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb.

Mənbə yazır ki, Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir. İlin ilk 5 ayında Rusiya vətəndaşı 540 min dəfə Gürcüstana səfər edib ki, bu da 2018-ci ilin eyni dövründəkindən 31,4 faiz çoxdur. Vətəndaşları ən çox Gürcüstana səfər edən ilk beş ölkə sırasında Azərbaycan ikinci yerdədir. Bundan başqa, Ermənistan, Türkiyə və Ukrayna vətəndaşları da Gürcüstanda istirahətə üstünlük verirlər.

Turistlərin əksəriyyəti pullarını qida və içkilərə, həmçinin kirayə və əyləncələrə sərf edirlər. Çox az hallarda isə qiymətli əşyalara pul xərcləyirlər.


Xəbərə aid foto