8 km yüksəklikdə orqanizmlə nələr baş verir?


Digərləri 08 İyn 2019 23:50:00 232 0

8 km yüksəklikdə orqanizmlə nələr baş verir?

Hələ ötən həftə, Everest dağına çıxmağa cəhd edən alpinistlərdən 11 nəfər həyatını itirib.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə hallar, ötən on ilə nisbətdə daha çoxalıb. Bütün bunlara havanın qeyri sabit keçməsi, alpinistlərin təcrübəsizliyi, cığırlarda basırıqların və tıxacların olması, operatorlar arasında yaranan rəqabət səbəb olur. Bunlara rəğmən, bunun bircə əsas səbəbi var, bu da orqanizmin belə şəraitə öyrəşməməsidir.

Dağın zirvəsinə qalxdıqca nəfəs daralır. Dəniz səviyyəsindən 8000 metr hündürlükdə "ölü ərazi" başlayır. Sözün əsl mənasında həyat göstəricilərinin aşağı enməsi baş verir. Kəskin oksigen çatışmazlığı insult və ya ürək tutması riskini artırmaqla yanaşı, hissiyyatı qat-qat aşağı salır. Bu da vəziyyəti qiymətləndirərək düzgün qərar çıxarmağa mane olur.

İnsan oranizmi üçün ən əlverişli şərait dəniz kənarında, dəniz səviyyəsindən çox hündür olmayan şəhərlərdə yaşamaqdır. Müqayisə üçün Londonun dəniz səviyyəsindən 20, Moskvanın 130, Nyu-Yorkun isə 57 metr yüksəklikdə yerləşdiyini qeyd etmək olar.

Yüksəkliyə qalxdıqca təzyiq azalır, nəfəs alma zamanı oksigen ciyərlərə az daxil olur. 3600 metr hündürlükdə orqanizmdə oksigen aclığı başlayır. Siz nəfəs almağın çətinləşməsini hiss etmirsiz, lakin sizdə dağ xəstəlikləri hesab olunan zəiflik, ürəkbulanma, baş gicəllənmə və qıcıqlanma əlamətləri başlayır. "Ölü ərazi" hesab olunan yerdə oksigen o qədər azdır ki, xusisi avadanlıq olmadan nəfəs almaq praktiki olaraq mümkün deyil.

8000 metr yüksəklikdə olan alpinistlərdən analizlər götürülmüşdür. Onların qan göstəriciləri normadan dörd dəfə aşağı olması qeyd olunmuşdur.