Parkinson xəstəliyinin əsas əlaməti budur


Digərləri 08 İyn 2019 23:35:00 281 0

Parkinson xəstəliyinin əsas əlaməti budur

Parkinsonun müşahidə edilmə yaşı 40-70 yaş arasında dəyişsə də, əsasən 60 yaşdan sonra başlayır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib. Həkim deyib ki, parkinson xəstəliyi, beyindəki dopamin hüceyrələrinin zədələnməsi nəticəsində yaranan xroniki bir hərəkət pozulmasıdır. Parkinson xəstəliyinin görülmə sıxlığı kişilərdə qadınlara nisbətən daha çoxdur.

Parkinsonun hansı əlamətləri var?

Ümumilikdə orta yaşda müşahidə olunan parkinson xəstəliyi titrəmə, əzələ sərtliyi, tarazlıq pozulması və hərəkətlərdə yavaşlamaq ilə özünü göstərir. Titrəmə daha çox bir barmaqda, əldə, bəzən də bir ayaqda yaranar. Başlanğıcda ara-sıra olub zaman keçdikcə tez-tez təkrarlanır və digər bədən üzvlərinə də keçir.