Avtomobil çaya düşdü 5 ölü


Dünya 08 İyn 2019 23:22:00 204 0

Avtomobil çaya düşdü  5 ölü

İranın qərbində yerləşən Lorestan vilayətinin Brucerd rayonunda avtomobil çaya düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, faktı İranın Lorestan vilayəti Brucerd rayonunun Qırmızı Aypara Cəmiyyətinin direktoru Məhəmməd Kərəmi təsdiqləyib.

M.Kərəminin sözlərinə görə, avtomobilin çaya aşması nəticəsində hadisə yerində iki nəfər, yaralılar xəstəxanaya çatdırılarkən 5 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.